Mağazalarda 24,6 milyard manatlıq məhsul satılıb – Hesabat

17:08 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan məhsulların həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə 24,6 milyard manatlıq mallar satılıb.

Belə ki, 8 ayda 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

Müəllif: Elmir Murad

 

Вся лента