Mərkəzi Bank 335 min manatlıq tenderə yekun vurub

10:18 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank kart buraxılışı, video müşahidə və server otağı üzrə monitorinq sisteminin alınaraq quraşdırılması işləri üçün elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi  "STELL TECHNOLOGY" MMC olub.

Qalib şirkətə 335 000 manat ödəniləcək.

 

Вся лента