Avqustda ölkədə elektrik enerjisi istehsalı azalıb

11:57 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 156,2 milyon kilovat/saat, ixracı 97,86 milyon kilovat/saat, idxalı 7,3 milyon kilovat/saat olub.

Bu barədə ABC.AZ-a Energetika Nazirliyindən məlumat verilib.

 Bildirilib ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqustunda respublikada elektrik enerjisinin istehsalı 224,7 milyon kilovat/saat, ixracı 67,74 milyon kilovat/saat, idxalı isə 3,5 milyon kilovat/saat azalıb.

 

Вся лента