Mərkəzi Bank faiz parametrlərini açıqlayacaq – Azaldılacaqmı?

15:05 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank sentyabrın 18-də faiz dəhlizinin parametrlərinə dair qərar açıqlayacaq.

ABC.AZ-ın məlumatına görə, bu dəfə Mərkəzi Bankın faiz azaldacağı ehtimalı daha yüksəkdir.

Belə ki, Azərbaycanın əsas bankının faiz azaltmaya getməsinə bir sıra səbəblər var.

İnflyasiyanın Mərkəzi Bankın hədəf aralığında aşağı olması, neft qiymətlərinin bir qədər yüksəlməsi və manatın məzənnəsinə yuxarı istiqamətdə təzyiqin azalması əsas səbəblərdəndir.

Mərkəzi Bankdan isə bəyan edilib ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcəkdir.

Müəllif: Elmir Murad

 

Вся лента