Azərbaycan “Azəri-Çıraq-Günəşli” yatağına dair yeni saziş çərçivəsində ilk bonus alıb

16:54 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının işlənməsi üzrə yeni razılaşma çərçivəsində ilk bonus ödənişi keçirilib.

ARDNF-ın məlumatında deyildiyi kimi, ödənişin məbləği 450 milyon dollar təşkil edib.

Bu saziş çərçivəsində səkkiz il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.

AÇG blokunun işlənməsinə dair müqavilə 1994-cü ildə imzalanıb. 14 sentyabr 2017-ci il tarixində Bakıda 2050-ci ilə qədər AÇG yataqlar blokunun işlənilməsinə dair yeni müqavilə imzalanmışdır.

Layihə, “BP” - 30,37%, “AzACG” (SOCAR) - 25,00%, “Chevron” -  9,57%, “Inpex” - 9,31%, “Statoil” - 7,27%, “ExxonMobil” - 6,79%, “TP” - 5,73%, “Itochu” - 3,65%, “ONGC VideshLtd” (OVL) -  2,31% şirkətləri tərəfindən həyata keçirilir.

 

Вся лента