Olimpiadaçı şagirdlər üçün qış məktəbi təşkil edildi

10:43 - 31.01.2018


Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına dəstəyini davam etdirir. Bu dəfə Təhsil Nazirliyi ilə birlikdə Azercell şirkəti beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində informatika fənni üzrə hazırlaşan şagirdlər üçün qış məktəbini təşkil edib.

Azercellin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində baş tutan qış məktəbi layihəsində Bakıdan və eləcə də bölgələrdən 20 nəfər şagird iştirak edib. Məşğələlər yuxarı yaş qrupu 10-11-ci sinifləri və aşağı yaş qrupu 8-9-cu sinifləri əhatə edib.

Məşğələlərdə beynəlxalq və respublika fənn olimpiadaları haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb. İnformatika fənni üzrə qış məktəbinin əsas məqsədi şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə ikinci yarımilə səmərəli hazırlığın həyata keçirilməsidir. Eyni zamanda qış məktəbi zamanı əsas fəaliyyət beynəlxalq olimpiadalara hazırlıq prosesini daha da intensivləşdirmək, tədris ilinin əvvəlindən keçirilən mövzuların möhkəmləndilirməsi məqsədilə təkrarı və yeni olimpiada məsələrinin həll olunmasıdır. Onu da qeyd edək ki, qış məktəbində iştirak edən təlimçilər beynəlxalq olimpiada iştirakçıları və qalibləri olmuş gənc mütəxəssislər arasından seçilib.

 

 

Вся лента