330x110
 

Ümumi daxili məhsulun 3 faiz azaldığı aylar – Hesabat

15.09.2020,14:16


15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 8 ay ərzində

45 962,5 milyon manatlıq ÜDM istehsal edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrünə nisbətdə bu ilin 8 ayında 3% az ÜDM istehsal olunub.

Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,7%, neft-qaz sektorunda isə 4,9% azalıb.