“Sumqayıt Kimya Sənaye Parkı”nın fəaliyyəti genişləndiriləcək – Nazir

15:02 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının 500 hektardan çox olan ərazisinin 65 hektarı sərbəstdir. Həmin o ərazilərə də maraq böyükdür.

ABC.AZ-ın məlumatına görə, bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iş adamlarına və xarici investorlara çağırışını şərh edərkən deyib.

Nazir əlavə edib ki, dövlət başçısı “Sumqayıt Kimya Sənaye Parkı”nın fəaliyyətinin genişləndirilməsinə dair tapşırıq verib.

M. Cabbarov bildirib ki, Prezidentin çağırışına həm Azərbaycanda, həm də ölkəmizdən kənardakı iş adamları reaksiya verirlər.

"Hələ mövcud karantin dövründə yaşamağımıza baxmayaraq, əlaqə saxlanılıb, müraciətlər var" deyə nazir qeyd edib.

 

Вся лента