330x110
 

Azərbaycanın ÜDM-i ilə bağlı mötəbər qurumdan proqnoz – Azalma olacaq

15.09.2020,15:48


15 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı Azərbaycanla bağlı proqnoz açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, mötəbər qurum bu il Azərbaycanda ümumi daxili məhsulun 4,3 faiz azalacağını proqnozlaşdırır.

Bu barədə beynəlxalq qurumun “Asian Development Outlook 2020” hesabatında deyilir.  Hesabatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,2 faiz artacaq.