330x110
 

Neft qiymətləri ABŞ-da ehtiyatların düşməsi ilə bağlı API məlumatlarına əsasən yüksəlir, Brent-barrel başına $41,15 təşkil edir

16.09.2020,09:51


16 sentyabr, Fineko/abc.az. Çərşənbə günü neft, ABŞ-da ehtiyatların ötən həftənin yekunlarına görə 9,52 mln.barrel azalmasını göstərən Amerika Neft İnstitutunun (API) məlumatlarına əsasən bahalaşır.

9:30-da London ICE Futures neft birjasında Brent-in noyabr fyuçersi $0,62 (1,53%) artaraq barrel başına $41,15 təşkil edib. Sentyabrın 15 – də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin qiyməti $0,92 (2,32%) - barrelə görə $40,53-dək artıb.

9:30-da, Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin oktyabr ayına olan fyuçersi $0,71 (1,85%) – bir barel üçün $38,99-ə qədər artıb. Sentyabrın 15 – də keçirilən hərracların nəticələrinə görə, WTI markalı neft $1,02 (2,74%) artaraq bir barel üçün $38,28 təşkil edib.