Ölkənin ən böyük marketlər şəbəkəsi cərimələndi – 6500 manat

14:07 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Supermarket” MMC-nin (Bravo) inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti təmin edilməyib və şirkətin 6 500 manat cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin protokoluna əsasən, “Azərbaycan Supermarket” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə təqsirli bilib.

 

Вся лента