İdxal və ixrac azalıb – Bəs xarici ticarət dövriyyəsi nə qədər olub?

17:21 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi $13 milyard 777,6 milyon, o cümlədәn ixracın dəyəri $7 milyard 876,8 milyon, idxalın dəyəri $5 milyard 900,8 milyon təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, nəticədә $1 milyard 976 milyon müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-iyul ayları ilә müqayisədә xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9%, real ifadədə 22,5%, o cümlədәn idxal 43,4%, ixrac isə 7,1% azalıb.

 

Вся лента