Azərbaycanda turizm iqtisadi zonaları yaradılır

12:57 - 31.01.2018


31 yanvar, Fineko/abc.az. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi üç yeni turizm zonasının yaradılmasına dair beynəlxalq tender elan edib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, tenderin qalibləri artıq seçilib: bu,  Türkiyə, Britaniya və İspaniya şirkətləridir.

“Layihə çərçivəsində üç turizm zonası yaradılacaq: Xızı-Xaçmaz, Quba və Qusar zonaları”, - nazir belə deyib.

Onun sözlərinə görə, tenderin qalibləri cari ilin ortasında  öz layihələrinin işlənməsini tamamlamalıdırlar. Layihələr, baxılması üçün Nazirlər Kabinetinə və ölkə prezidentinə təqdim ediləcək.

“Layihələr xüsusi azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutacaq”, - Ə.Qarayev belə deyib.

 

 

Вся лента