Əmanətçilərə yarım milyard manatdan çox kompensasiyas verilib - 4 bank üzrə

15:10 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Sentyabrın 16-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 22 min 267 əmanətçiyə 524 milyon manatadək kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 16-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 183,95 milyon manatdan çox kompensasiya ödənilib. "AG Bank" üzrə 3928 əmanətçiyə 73,17 milyon manat, "NBC Bank" üzrə isə 3826 əmanətçiyə 110,78 milyon manat kompensasiya ödənilib. İyunun 1-dən sentyabrın 16-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 339,97 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5504 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 131,39 milyon manat, "Ata Bank" üzrə 9009 əmanətçiyə isə 208,58 milyon manat təşkil edib.

 

Вся лента