Yaxın vaxtlarda 8 sənaye müəssisəsi işə başlayacaq – Siyahı

11:09 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Yaxın zamanlarda Balaxanı Sənaye Parkında 8 rezidentin (ağac-taxta tullantılarının emalı, kömür istehsalı, plastik tullantılarının təkrar emalından plastik torların istehsalı, avtomobil şinlərin emalı və tullantı taxtalardan pallet və taxta unu istehsalı, tullantı avtomobil şinlərinin piroliz üsulu ilə emalından yanacaq istehsalı, plastik məmulatlar qapı və arakəsmə istehsalı, işlənmiş yağların emalı, kraft kağızdan çanta istehsalı sahələri) fəaliyyətə başlayacağı göslənilir.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 10.1 hektaradək genişləndirilib.

Balaxanı Sənaye Parkında artıq 570-ə yaxın daimi iş yeri yaradılıb, istehsalın genişləndirilməsi və yeni layihələrin icrası hesabına iş yerlərinin 720-ə çatdrılması nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Вся лента