Daha yarım milyard manatdan çox əmanət sahiblərinə qaytarıldı - Bağlanmış banklardan yeni xəbər

11:54 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Sentyabrın 22-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 22 min 522 əmanətçiyə 533 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 22-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 190,81 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 4038 əmanətçiyə 78,16 milyon manat, "NBC Bank" üzrə isə 3873 əmanətçiyə 112,64 milyon manat kompensasiya ödənilib. İyunun 1-dən sentyabrın 22-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 342,40 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5531 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 131,62 milyon manat, "Ata Bank" üzrə 9080 əmanətçiyə isə 210,78 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента