Azərbaycanın Baş naziri 2019-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında sərəncam verib

11:41 - 1.02.2018


1 fevral, Fineko/abc.az. Azərbaycanın Baş naziri Artur Rasi-zadə Azərbaycan Respublikasının 2019-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan prezidentinə vaxtında təqdim edilməsi məqsədilə sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyinə, ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2018-ci il sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim etmək həvalə edilib.

İqtisadiyyat Nazirliyinə, növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2018-ci il sentyabrın 10-dək Nazirlər Kabinetinə təqdim etmək həvalə olunub.

 

Вся лента