330x110
 

Müəllimlər ““AccessBank”a bir 5” deyəcək!

23.09.2020,12:32


23 sentyabr, Fineko/abc.az.  5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq, “AccessBank” yeni nağd kredit kampaniyasına başlayır. Kampaniya çərçivəsində təhsil işçiləri 30.000 AZN-dək kredit məbləğini 6-48 ay müddətinə əldə edə bilərlər. Müəllimlər kampaniyadan illik 18%-dən başlayan faizlə yanaşı, 0%-dək komissiya ilə də yararlana bilərlər. Təhsil işçiləri üçün nəzərdə tutulmuş “AccessBank”a bir 5” kampaniyasında 15.000 AZN-dək olan məbləği zaminsiz əldə etmək imkanı da var. Kampaniyanın əsas özəlliyi kreditin ilk ayının faizinin təhsil işçilərinə Bank tərəfindən hədiyyə olunmasındadır.

 

Daha ətraflı məlumat üçün:

https://accessbank.az/az/our-bank/campaigns/detail.php?id=31122

 

Kampaniya 31.10.2020 tarixinədək qüvvədədir.

 

Kampaniya ilə bağlı bütün xəbərlərlə #AccessBankabir5 həştəqi altında tanış ola bilərsiniz. 

 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

Ключевые слова: Accessbank