Bu uşaqlara gələn ildən 480 manat müavinət verilə bilər – Layihə

14:15 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək və geriyə şamil olunmayacaq.

ABC.AZ trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürmə ilə bağlı stimulılaşdırma proqramı tərtib edilib.

Bu proqrama əsasən, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib: “Sağlamlıq imkanları məhdud uşaqların indiyədək övladlığa götürülməsi praktikası olmayıb. Buna görə də belə uşaqları övladlığa götürən şəxslərə müavinətin ödənilməsini təklif edilib. Amma bu, hələ layihədir. Bunun üçün “Sosial müavinətlər haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunub”.

 

Вся лента