Görüləcək işlər Balaxanının inkişafına böyük təkan verəcək – Prezident

16:36 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. “Mən bunu demişəm, siz də yaxşı bilirsiniz ki, Balaxanının çox böyük tarixi var".

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanışlıqdan sonra sakinlərlə söhbətdə deyib.

Dövlət başçısı qeyd edib ki, ancaq bu tarix bir növ kənarda qalmışdı: "Çünki burada həm ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyətdə olması və digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan vətəndaşları da Balaxanı haqqında dolğun məlumata malik olsun. İndi isə Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır. Ona görə biz Mehriban xanımla gəlmişik. Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm, görülən işlərlə tanış olacağam. İşlərin böyük hissəsi artıq görülüb, görüləcək işlər Balaxanının inkişafına daha da böyük təkan verəcəkdir”.

 

Вся лента