Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fondu 88 milyon manatdan artıq vəsait toplayıb

13:04 - 1.02.2018


1 fevral, Fineko/abc.az. Azərbaycanın Müdafiə Nazirliyi, Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitinin artırılması barədə xəbər verib.

Müdafiə qurumunun xəbərinə əsasən, Fonda 1 fevral 2018-ci il tarixədək 88 311 629,32 AZN, 213 073,88 ABŞ dolları, 10 136 avro və 5000 rubl vəsait daxil olub.

Silahlı Qüvvələrə Yardım Fondu, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılmışdır.

 

 

Вся лента