Sahil Babayev CEO Lunch Baku-da iştirak edəcək

01.02.2018,14:57


Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahil Babayev fevralın 21-də fəxri qonaq qismində Caspian European Club-un təşkil etdiyi on birinci CEO Lunch Baku-da iştirak edəcək. Bu barədə Caspian European Club-un baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib.

Onun sözlərinə görə, tədbir Caspian European Club-un İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etmək istəyən üzv şirkətlərinin çoxsaylı müraciətləri sayəsində baş tutacaq.

Mustafa Abbasbəyli CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkət rəhbərlərinin özəl sektor ilə Nazirlik arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacağını qeyd edib. O həmçinin CEO Lunch Baku iştirakçılarına onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacağını bildirib.

CEO Lunch Baku-da yalnız Caspian European Club-un saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/ceo-lunch/item/141-ceo-lunch-baku-21-02-2018 linki üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, CaspianEuropean Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum,CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

Ключевые слова: CEO Lunch Baku Sahil Babayev