SOCAR-ın Türkiyədəki zavodu Rusiya neftinin alışını kəskin azaldıb – Səbəb

11:05 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) bu il Rusiyanın "Urals" markalı neftinin alışını kəskin azaldıb və hazırda daha yaxşı təkliflər üçün axtarışdadır.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, treyderlər NEZ-in tədricən İraq və Norveçdən olan neft sortlarına üstünlük verdiyini bildirib.

"Urals"ın satışlarının azalmasının səbəbləri kimi, bazarda yüksək rəqabətlə üzləşməsinin və "OPEC+" sazişi çərçivəsində neft hasilatının azalması göstərilir.

Treyderlərin məlumatına görə, sözügedən markalı neftin qiymətinin bu yay maksimuma çatması bir çox NEZ-lərin "Urals"ın alışını azaltması ilə nəticələnib. Bundan əlavə, "Star Rafineri" tərəfindən "Urals" neftinin alışının azaldılması Rusiyanın qərb limanlarından dəniz nəqliyyatı ilə neft ixracatında kəskin azalmasından sonra baş verib. Hazırda "Star Rafineri" keyfiyyət baxımından "Urals"a oxşar İraqın "Basra", Norveçin "Johan Sverdrupun" və Qazaxıstanın "CPC Blend" markalı neftini alır.

 

Вся лента