Baş Prokurorluq yaralıların sayını və adlarını açıqladı

12:45 - 27.09.2020


27 sentyabr, Fineko/abc.az. Azərbaycan Baş Prokurorluğu Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində yaralanan mülki əhalinin sayını və adlarını açıqlayıb. ABC.AZ qurumun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, 6 mülki şəxs yaralanılıb. Bildirilib ki, mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov,  1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.
Вся лента