Döyüşlərin getdiyi ərazilərdə bu problemlər dərhal aradan qaldırılacaq – Azəriqaz

11:31 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyi təmas xəttində yerləşən yaşayış məntəqələrinin qaz təchizatı ilə bağlı məsələləri nəzarətə götürüb və Qaz istismarı İdarələrinə tapşırıqlar verilib.

İstehsalat Birliyindən ABC.AZ-a verilən məlumata görə, hazırda bir sıra idarələrin vəzifəli şəxsləri, eyni zamanda bütün əməkdaşları döyüş şəraitinin tələbləri gözlənilməklə cəbhə zonasında operativ iş rejimində fəaliyyət göstərirlər.

Birliyin mərkəzi aparatında bu prosesləri tənzimləyən qərargah yaradılıb. Qərargah gücləndirilmiş rejim seçməklə döyüşlərin getdiyi ərazilərdə qaz təsərrüfatı üçün təhlükəli durum yaranarsa, qəza hallarının operativ şəkildə aradan qaldırılmasına tam hazırdır.

 

Вся лента