Azərbaycan və Hindistanın Turizm Assosiasiyaları əməkdaşlıq haqqında Memorandum imzalayıb

10:57 - 2.02.2018


2 fevral, Fineko/abc.az. Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) əməkdaşlıq haqqında Memorandum imzalayıb.

AZTA-dan verilən məlumata əsasən, Memorandum, Dehli şəhərində keçirilən, 20 yerli şirkətin iştirak etdiyi Beynəlxalq Turizm Sərgisi - SATTE 2018 sərgisində imzalanıb.

“İmzalanma zamanı həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi təstiqlənib. Görüşün nəticəsi olaraq Assosiasiya rəhbərlərinin növbəti görüşünün may ayında Bakıda keçirilməsi qərara alınıb”, - məlumatda belə deyilir.

 

 

Вся лента