Azərbaycan Respublikası Dövlət Neft Fondu yanvarda valyuta hərraclarında 299,1 milyon dollar məbləğində vəsait satıb

11:10 - 2.02.2018


2 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını saxlayır.

Neft Fondundan aldığımız məlumata əsasən, yanvarda keçirilən valyuta hərraclarında Fond, 299,1 milyon dollar həcmində valyuta satıb.

2017-ci il ərzində ARDNF-in hərraclarda satdığı valyutanın məbləği cəmi 3608,42 milyon dollar təşkil etmişdir.

2017-ci ildən etibarən Fondun vəsaitləri valyuta bazarında  dolayı yolla, yəni, maliyyə sabitliyinin təmin edilməsi üçün ARDNF-nin büdcəsindən Mərkəzi Banka transfert yolu ilə də iştirak edir.

 

Вся лента