Bakıda keçirilən bal yarmarkasında alıcılara pulsuz laboratoriya xidmətləri təqdim olunub

11:21 - 11.10.2017


Dünən Bakıda növbəti dəfə, arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası başlanıb. Yarmarka 5 noyabr tarixinə qədər davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu yarmarkanın yeniliyi kimi, yarmarka zamanı təşkil edilən kiçik laboratoriyaları qeyd etmək olar.

Nazirlikdən bildirdilər: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kiçik laboratoriyaların təşkil edilməsində məqsəd ondan ibarətdir ki, istehlakçılar  əldə etdikləri məhsulun keyfiyyətini yerindəcə, əlavə xərc olmadan, yoxlaya bilsinlər”.

Yarmarkada təklif olunan balın kiloqramı, 20 manatla 30 manat arasında dəyişir.

 


Вся лента