Bakı, Rusiyalı turistlərin 23 fevral bayramını qeyd etmək üçün MDB şəhərlərinin ilk üçlüyünə daxildir

11:43 - 2.02.2018


2 fevral, Fineko/abc.az.  Rusiyanın mənzil sifarişi ilə məşğul olan Tvil.ru xidməti,  Rusiya turistlərinin 23 fevral bayramını qeyd etmək üçün MDB-nin hansı şəhərlərinə yola düşəcəklərini müəyyən edib.

Reytinq,   2018-ci ilin fevralın 23-dən 25-nə qədər bayram günləri üçün turistlərin sifarişləri və mənzil bronları əsasında tərtib edilib.

MDB şəhərlərinin ilk beşliyinə Minsk, Astana, Bakı, Yerevan və Daşkənd daxildir. Bu şəhərlər, Rusiya turistləri arasında səhayət və isitrahət üçün populyardır.

Tvil.ru xidmətinin məlumatına əsasən, Azərbaycanın paytaxtında turistlər 23 fevral bayramı üçün  ortalama 2,5 gecəlik mənzil bron edirlər və yaşama üçün sutkada 2,6 min rubl xərcləyəcəklər.

 

Вся лента