Azərbaycan neftinin qiyməti bir barelə 71 dollara yaxınlaşdı

11:45 - 2.02.2018


2 fevral, Fineko/abc.az. Dünya bazarında  Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 0,57 dollar və yaxud 0,81% artıb.

Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 70,90 dollar/barelə bərabər olub.

“Azeri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilib.

 

Вся лента