Nazirlik döyüşlərə qatılmaq istəyənlərə müraciət etdi

11:24 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət edib.

ABC.AZ həmin müraciəti təqdim edir.

"Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər.

Bildiririk ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər. Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir!".

 

Вся лента