Bu şirkət qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında birincidir - Siyahı

14:43 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayı təqdim edilib.

ABC.AZ xəbər verir ki, bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonra bu siyahıda "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan  MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” ASC gəlir. Statistik göstəricilərə əsasən, icmalda göstərilən dövlət şirkətlərinin qeyri-neft ixracında payı 31, 2 faiz təşkil edir.

Müəllif: Elmir Murad

 

Вся лента