Azərbaycan 30 ölkəyə peyk telekommunikasiya xidmətləri göstərib - 8 ayın hesabatı

16:08 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayı təqdim edilib.

ABC.AZ xəbər verir ki, “İxrac İcmalı”nın bu sayında həm də xidmət ixracına yer ayrılıb.

Məlum olub ki, 2020-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 30,4 milyon ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artım deməkdir.

Müəllif: Elmir Murad

 

Вся лента