Ərdoğan Azərbaycana yenə dəstək verdi – Türkiyə olaraq Azərbaycanın yanındayıq

16:39 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. "Ermənilərin Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür. Azərbaycanlı qardaşlarımızın işğal altındakı ərazilərini azad etmə məsələsində yanlarında olduğumuzu bir daha qeyd edirəm".

ABC.AZ-ın məlumatına görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, xüsusilə Minsk üçlüsü deyilən ABŞ, Fransa və Rusiya 30 ildir bu problemi gözardı edir: "Bu səbəblə atəşkəs tələbləri yersizdir. İşğalçılar öncə bu ərazidən çıxmalıdırlar. Azərbaycanlı qardaşlarımız indi torpaqlarına dönəcəyi günü həsrətlə gözləyir. Bunu möhtərəm Makron və Putin ilə görüşdə də bildirmişəm. Amma nəticə yoxdur. Ancaq indi nəticə zamanıdır. Türkiyə olaraq iki dövlət, bir millət kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyi davam edəcəyik".

Müəllif: Elmir Murad

 

Вся лента