Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

05.02.2018,11:09


5 fevral, Fineko/abc.az.  Sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Tərtər rayonu ərazisində  monitorinqin keçirilməsi planlaşdırılır.

MüdafiəNazirliyinin məlumatında deyildiyi kimi, monitorinq fevralın 6-da   ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçiriləcək.

“Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər”, - məlumatda belə deyilir.

 

 

 

Ключевые слова: ATƏT monitorinq