Depozit hərracında Azərbaycan Mərkəzi Bankı 250 milyon manat cəlb edib

05.02.2018,12:40


5 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracı keçirib.

AMB-dan aldığımız məlumata əsasən, hərracda 250 milyon manat cəlb edilmişdir.

“Bu zaman  Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 520,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir”, - məlumatda belə deyilir.

29 yanvar tarixində keçirilən hərracda dərəcə 13,05% təşkil etmişdir. 

 

Ключевые слова: depozit hərracı