2017-ci ildə banklar Azərbaycanda valyuta satışını və alışını azaldıb

17:19 - 5.02.2018


5 fevral, Fineko/abc.az.  2017-ci ildə Azərbaycanda xarici valyuta ilə mübadilə əməliyyatları azalmışdır. Mərkəzi Bankın məlumatında  deyildiyi kimi, kredit təşkilatları 2017-ci ildə 1 759 735,1 min dollar və 526 781,9 min  avro satmışdır, 2016-cı il ilə müqayisədə azalma, müvafiq olaraq, 41,4% və 5,8% təşkil etmişdir.

AMB-dan verilən  məlumatına görə, 2017-ci ildə banklar əhalidən xarici valyuta alışının həcmini azaltmışdır. Banklar 2017-ci ildə  1 733 190,7 min dollar (32,3% azalma), 204 189 min avro (30,2% azalma) əldə etmişdir.

 

Вся лента