Çində Azərbaycanın ticarət nümayəndəliyi açılıb

11:32 - 6.02.2018


6 fevral, Fineko/abc.az. Dünən Pekində İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə Çində Azərbaycanın ticarət nümayəndəliyinin açılışı olub.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki,  Çində Azərbaycanın ticarət nümayəndəliyinin açılışı  hər iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı baxımından mühüm hadisədir.

“Ticarət nümayəndəliyinin açılışı “Made in Azerbaijan” brendinin təşviqinə,  Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına, habelə Azərbaycan şirkətlərinin Çində iqtisadi maraqlarının qorunmasına dəstək olacaq”, - Ş.Mustafayev belə deyib.

Nazir qeyd edib ki, Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 4-cü, ixracda 8-ci, idxalda isə 3-cü ölkədir.

2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,2 mlrd. ABŞ dolları  təşkil edib ki, bu da  2016-cı ilin göstəricisindən  43% çoxdur.

 

 

Вся лента