Valyuta hərracında manat/dollar məzənnəsi dəyişməyib

13:07 - 6.02.2018


6 fevral, Fineko/abc.az. Bu gün keçirilmiş valyuta hərracında manat və dollar əvvəlki səviyyədə qalıb.

“6 fevral 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır”, - Mərkəzi Bankın məlumatında belə deyilir.

Fevralın 1-də keçirilmiş daha öncəki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7001 AZN/1 USD təşkil etmişdir.

 

Вся лента