Gəncə-Gürcüstan sərhədindəki yol genişləndirilir – Foto

11:26 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. M2 magistralının Gəncə-Gürcüstan sərhədi hissəsinin genişləndirilməsi davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a daxil olan məlumata görə,

Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Gəncə şəhərinədək olan hissəsi müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilib.

Hazırda isə magistralın 130 km-lik Gəncə-Gürcüstan sərhədi hissəsi 4 hərəkət zolağı enində genişləndirilir. Layihə çərçivəsində 26 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 73 yeraltı keçid, 42 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru və 85 avtobus dayanacağı inşa edilir.

Qeyd edək ki, son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 8 dəfəyə qədər artaraq 1 min km-i keçib.

Müəllif: Elmir Murad

 


Вся лента