“Socar Polymer” polipropilen zavodu iyunda işə salınacaq

15:53 - 6.02.2018


6 fevral, Fineko/abc.az. Polipropilen istehsalı üzrə Sumqayıt Kimya Sənaye Parkı ərazisində tikilən “SOCAR Polymer” qurğusu ikinci rübdə işə salınacaq.

“SOCAR Polymer” şirkətinin planlaşdırma şöbəsinin rəhbəri Vüqar Aslanov deyib ki,  işəsalma-sazlama işləri aprel ayında başlanacaq.

“Hazırda quraşdırma üzrə işlərin ümumilikdə 97,2%-i yerinə yetirilib. Qurğuda dəqiq mühəndis işləri 99,9%, satın almalar 100%, istehsal və çatdırılma 99,6%, tikinti işləri  isə 93,4% tamamlanıb”, - Vüqar Aslanov belə deyib.

O qeyd edib ki, oktyabr ayından başlayaraq noyabrın ortalarına qədər, müəssisəni xammala təchiz edən  “Azərikimya” etilen-propilen zavodunun fəaliyyətinin planlı dayandırılması ilə bağlı, zavodun planlı dayandırılması gözlənilir.

Onun sözlərinə görə, bu il bir propilen zavodunda 70-71 min ton propilen istehsal etmək planlaşdırılır. Gələn il zavod tam gücü ilə işləyəcək və 180 min ton məhsul istehsal edəcək.

 

Вся лента