Neft ucuzlaşır, Brent barel başına $42,30 təşkil edir

09:53 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Dünyada yeni COVİD-19 infeksiyalarının sayının artması ilə əlaqədar tələbatın azalması qorxusu səbəbindən, neftin etalon markalarının qiymətləri çərşənbə günü hərraclarda aşağı düşür.

Saat 9:20-də London ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersi  $0,15 (0,35%) – barrel başına $42,30-ə düşdü. Oktyabrın 13 - də keçirilən ticarətin yekunlarına görə, Brent-in dekabr ayı üçün fyuçersinin qiyməti $0,73 (1,75%) - barrelə görə $42,45-dək artıb.

Saat 9:20-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin noyabr ayına olan fyuçers ticarətində $0,16 (0,40%) – bir barelə $40,04 qiymətinə düşüb. 13 oktyabr ticarət nəticələrinə görə, noyabr fyuçersləri $0,77 (1,95%) – $40,20 qiymətinə yüksəldi.

OPEC-in oktyabr hesabatında bildirilir ki, 2020-ci ildə dünyada neftə tələbat, 2019-cu illə müqayisədə sutkada 9,5 milyon barel azalacaq ki, bu da bir ay əvvəl edilən qiymətləndirmə ilə uyğun gəlir.

 

Вся лента