Azərbaycanın bir ayda ixrac etdiyi neftin həcmi açıqlanıb – Satış artıb

10:22 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında Azərbaycan gündəlik 0,71 milyon barel neft və neft məhsulları ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə OPEC-in aylıq bülletenində qeyd olunub.

Bülletenə əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel çoxdur. Sənəddə qeyd olunub ki, 2020-ci ilin III rübündə isə gündəlik ixrac illik müqayisədə 0,03 milyon barel azalaraq 0,7 milyon barelə düşüb.

Müəllif: Elmir Murad

 

Вся лента