Bağlanmış 4 bankın əmanətçilərinə daha yarım milyard manatdan çox pul ödənildi – Prosedur davam edir

11:12 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Oktyabrın 13-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 148 əmanətçiyə 543 milyon manatadək kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 13-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 194,77 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 4252 əmanətçiyə 80,43 milyon manat, "NBC Bank" üzrə isə 3994 əmanətçiyə 114,33 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən oktyabrın 13-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 348,16 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5615 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 133,11 milyon manat, "Ata Bank" üzrə 9287 əmanətçiyə isə 215 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента