“Azərbaycanın Sənaye Korporasiyası”na daxil olan müəssisələrin inkişaf strategiyası işlənilir

07.02.2018,11:52


7 fevral, Fineko/abc.az. “Azərbaycanın Sənaye Korporasiyası”, “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın gerçəkləşdirilməsinə həsr olunmuş iclas keçirir.

İclas zamanı Korporasiyanın Baş direktoru Kamran Nəbizadə bildirib ki, “Azərbaycanın Sənaye Korporasiyası”, Korporasiyaya daxil olan müəssisələrin fəaliyyətinin effektivliyinin təmin edilməsi üzrə tədbirlər görür.

“Xüsusilə, hər bir müəssisənin ayrı-ayrılıqda inkişaf strategiyası da daxil olmaqla, Korporasiyanın inkişaf strategiyasının işlənilməsi üzrə  işlər aparılır”, - K.Nəbizadə belə deyib.

 

Ключевые слова: Sənaye Korporasiyası Nəbizadə