Bu bankların əmanətçilərinə yarım milyard manatdan çox pul ödənilib – Siyahı

11:30 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Oktyabrın 14-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 174 əmanətçiyə 543,14 milyon manat kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 14-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 194,79 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 4265 əmanətçiyə 80,45 milyon manat, "NBC Bank" üzrə isə 3997 əmanətçiyə 114,34 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən oktyabrın 14-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 348,34 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5622 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 133,22 milyon manat, "Ata Bank" üzrə 9290 əmanətçiyə isə 215,11 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента