Azərbaycanın ipək istehsalçısı fəaliyyətinin genişləndirilməsi üçün subsidiya istəyir

12:30 - 7.02.2018


7 fevral, Fineko/abc.az. Azərbaycanda ipək istehsalı üzrə fəaliyyət göstərən “Şəki İpək” ASC, satışların mövsümi azalmasının kompensasiyası üçün tədbirlər hazırlayıb.

“Şəki İpək” ASC-nin İdarə  Heyətinin sədri Nizami Qəribov deyib  ki, ipək satışı əsasən yay aylarında həyata keçirilir.

“Qış dövründə ipək satışı xeyli azalır. Bu prosesin kompensasiyası üçün şirkət, pambıq və yun istehsalına başlamaq istəyir, lakin  bunun üçün, müəssisənin, xüsusilə, mövcud avadanlıqların modernləşdirilməsi üçün subsidiyaya ehtiyacı var”, - N.Qəribov belə deyib.

 

 

Вся лента