330x110
 

Dörd bankın əmanətçilərinə ödənilmiş kompensasiyanın həcmi açıqlandı - 540 milyon manatdan çoxdur

19.10.2020,15:33


19 oktyabr, Fineko/abc.az. Bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 231 əmanətçiyə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən 544,14 milyon manat kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 16-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 195,20 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 4284 əmanətçiyə 80,71 milyon manat, "NBC Bank" üzrə isə 4004 əmanətçiyə 114,49 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən oktyabrın 16-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 348,93 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5630 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 133,38 milyon manat, "Ata Bank" üzrə 9313 əmanətçiyə isə 215,54 milyon manat təşkil edib. Müəllif: Elmir Murad