Azərbaycan və Monteneqro mövsümi uçuşlar təşkil edirlər

15:39 - 7.02.2018


7 fevral, Fineko/abc.az. Azərbaycandan Monteneqroya birbaşa aviareyslər açılacaq.

Turizm İnkişafı Bürosundan xəbər verildi ki, çarter reysləri iyulun 5-dən sentyabrın 13-nə qədər təşkil ediləcək.

“Çarter reyslərini  Tivata şəhərinə PASHA Holidays (PASHA Travel-in struktur bölməsi)  təşkil edir”, - məlumatda belə deyilir.

Monteneqro Azərbaycan vətəndaşları üçün il boyu vizasız rejim tətbiq edir.

 

 

Вся лента