Azərbaycanın “METAK” şirkəti idxalın dayandırılmasını elan etdi

16:03 - 7.02.2018


7 fevral, Fineko/abc.az. “METAK” şirkəti 2018-ci il üzrə planlarını açıqladı.

Şirkətdən Fineko/abc.az İnformasiya Agentliyinə bildirildi ki, ilin ortasından etibarən  şirkət Azərbaycanda dəmir boru və profillərin istehsalına başlayacaq.

“Bu günə kimi metal boru və elektrik qaynaqlı profilləri Rusiyadan idxal etmişik. Artıq biz düşünürük ki, bu ilin ikinci yarısı bu məhsulları istehsal edək. Bu məhsullar Azərbaycanda istehsal olunandan sonra şirkətdə xaricdən idxal tam dayandırılacaq”, - şirkətdən bunu bildirdilər.

Şirkətdən həmçinin xəbər verdilər ki, cari ildən həm də polietilen boruların istehsalı təşkil ediləcək. Həmin borular magistral su və qaz kəmərlərinin çəkilişi üçün istifadə ediləcək. Bu günə qədər şirkət yalnız fərdi yaşayış evlərində,mənzillərdə,həyətyanı sahələrdə, bağlarda istifadə edilən kiçik borular istehsal edirdi.

“2018-ci ildən şirkət həmçinin kağız tullantıların emalına başlayacaq, kənd təsərrüfatı müəssisələri üçün kağız altlıqlar istehsal edəcək”, - deyə şirkətdən bildirildi.

 

Вся лента